Xəzər Xəbər

Boliviyanın müdafiə naziri istefa verib

Dünya | 12:11 • 12 Noyabr 2019
Boliviyanın müdafiə naziri istefa verib

Boliviyanın Müdafiə naziri Havyer Savaleta istefa verdiyini elan edib.


AZƏRTAC xəbər verir ki, nazir bu barədə Boliviyanın Unitel telekanalında yayımlanan video müraciətində deyib.


"Bu gün, 2019-cu il noyabrın 11-də Müdafiə naziri postundan istefa verirəm”, - deyə Havyer Savaleta bildirib.


Qeyd edək ki, oktyabrın 20-də Boliviyada baş tutan prezident seçkilərindən sonra Evo Morales ilk turda qələbə qazandığını elan edib. Lakin onun əsas rəqibi Karlos Mesa səsvermənin nəticələri ilə razılaşmayıb. Noyabrın 10-da Boliviyanın Silahlı Qüvvələri ölkədə stabilliyin qorunması üçün Moralesi postunu tərk etməyə çağırıb. Prezident ölkəni tərk edərək Meksikaya yollanıb. Bunun ardından ölkənin bütün ali rəhbərliyi də istefa verib.


Hazırda sabiq prezident Evo Moralesin göyərtəsində olduğu Meksika Hərbi Hava Qüvvələrinə məxsus təyyarə yanacaq doldurmaq üçün Paraqvayın paytaxtı Asunsionda eniş edib. Təyyarə buradan Mexikoya uçacaq.

Xəbər lenti

Çox oxunanlar