Xəzər Xəbər

İran Avropaya cavab verdi

Dünya | 11:44 • 12 Noyabr 2019
İran Avropaya cavab verdi

Böyük Britaniya, Fransa, Almaniya və Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə komisarı Federika Moqerini birgə bəyanatla çıxış ediblər.


AZƏRTAC xəbər verir ki, bəyanatın müəllifləri İranın nüvə proqramının bərpası istiqamətində atdığı dördüncü addımdan narahat olduqlarını bildiriblər. Onlar rəsmi Tehranı 2015-ci ildə imzalanan razılaşmaya əməl etməyə çağırıblar. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif buna cavab olaraq bildirib ki, ölkəsi razılaşmaya əsasən üzərinə götürdüyü öhdəliklərə əməl edib. Lakin qarşı tərəf heç bir şərti yerinə yetirməyib.


Avropa dövlətlərinin sazişin bir bəndini də yerinə yetirmədiyini bildirən nazir deyib: "İran bir il gözlədi və ümid etdi ki, avropalılar heç olmasa öhdəliyinin bir qismini yerinə yetirər. Lakin heç bir nəticə olmadı. İndi Avropa ölkələrinin nazirləri hansı haqla İrandan öhdəliyə əməl etməsini tələb edirlər?

Xəbər lenti