Xəzər Xəbər

Rusiyadan gələn Azərbaycan vətəndaşında beşbarmaq və bıçaqlar aşkarlandı - FOTO

İqtisadiyyat | 11:29 • 12 Noyabr 2019
Rusiyadan gələn Azərbaycan vətəndaşında beşbarmaq və bıçaqlar aşkarlandı -

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya Federasiyasından daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilib.


Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, yoxlama zamanı gömrükçülər nəqliyyat vasitəsinin salonunda olan polietilen paketdə gizlədilən müxtəlif ölçüdə və formada, ümumi çəkisi 15,35 qram təşkil edən qızıl qırıntıları aşkarlayıb.


"Samur" gömrük postunun idxal-minik gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi daha bir minik avtomobilinə baxış zamanı isə nəqliyyat vasitəsindəki yüklərdə 1 ədəd "beşbarmaq" və 3 ədəd bıçaq aşkarlanıb.


Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti