Xəzər Xəbər

Azərbaycan bələdiyyə seçkilərini müşahidə etmək üçün Avropa Şurasına və 15 ölkəyə dəvət göndərib

Gündəm | 11:27 • 12 Noyabr 2019
Azərbaycan bələdiyyə seçkilərini müşahidə etmək üçün Avropa Şurasına və 15 ölkəyə dəvət göndərib

"Adətən, bələdiyyə seçkilərində müşahidəçilər Prezident və Parlament seçkilərinə nisbətən o qədər də çox olmur”.


Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.


O bildirib ki, MSK Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinə artıq dəvət göndərib: "Çünki adətən, bələdiyyə seçkilərində onlar müşahidə aparırlar. Onların sözü, gəldiyi qənaət müəyyən beynəlxalq miqyasda lazımı səviyyədə qarşılanır”.


Komissiya sədri qeyd edib ki, 15 müxtəlif ölkənin MSK-na da dəvət göndərilib: ”Həmçinin, Seçki Məcəlləsinin tələblərinə görə, Qeyri-Hökumət Təşkilatları da müşahidəçilər dəvət etmək istəsələr, onların adından müraciət göndərə bilərik. Hesab edirəm ki, bələdiyyə seçkilərində müşahidəçilərin sayı kifayət qədər olacaq”.

Xəbər lenti