Xəzər Xəbər

MSK-nın növbəti iclası keçirilib VİDEO

Veb TV | 21:07 • 11 Noyabr 2019
MSK-nın növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyası indiyədək bələdiyyə üzvü olmaq üçün namizədliyini irəli sürən şəxslərin sayını açıqlayıb. Namizədlərin 22 mindən çoxu ali təhsillidir. Ən çox rəqabətin olduğu seçki dairəsi isə Goranboy rayonundadır...

Bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edir. Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun rəhbəri Məzahir Pənahov açıqlayıb. Komissiya sədri indiyə qədər qeydə alınan namizədlərin sayını da açıqlayıb və akitvliyi yüksək qiymətləndirib...

Məzahir Pənahov namizədlərin böyük əksəriyyətinin ali təhsilli olmasını və onların arasında qadınların sayının yüksək olmasını müsbət tendensiya kimi qiymətləndirib.

Mərkəzi Seçki Komissiyasının sədri respublika üzrə ən çox namizəd qeydə alınan dairəni və həmin ərazidən irəli sürülən namizədlərin sayını da açıqlayıb.

Onu da qeyd edək ki, dekabrın 23-də keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərində respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Xəbər lenti