Xəzər Xəbər

Netanyahu getdi: Hökumətin qurulması Qantza tapşırıldı

Dünya | 12:28 • 23 Oktyabr 2019
Netanyahu getdi:

İsrail Prezidenti Reuven Rivlin Nazirlər Kabinetinin formalaşdırılmasını "Kaxol-Lavan” mərkəzçi blokunun lideri Benni Qantza tapşırıb.

Bu barədə informasiyanı İsrail Prezident Administrasiyası yayıb. Rivlinin bu qərarı parlamentdəki partiyalarla danışıqlardan sonra qəbul etdiyi bildirilib.

Qeyd edək ki, ötən gün İsrail Baş naziri Benyamin Netanyahu növbəti dəfə yeni hökumət qura bilmədiyi üçün səlahiyyəti İsrail Prezidenti Reuven Rivlinə geri verib./axar.az

Xəbər lenti