Xəzər Xəbər

İcmalar Palatasının rəhbəri Brexitin səsverməyə çıxarılmasına icazə verməyib

Dünya | 21:36 • 21 Oktyabr 2019
İcmalar Palatasının rəhbəri Brexitin səsverməyə çıxarılmasına icazə verməyib

İngiltərə Parlamentində İcmalar Palatasının rəhbəri Con Berkov bu gün Brexitin səs verməyə çıxarılmasına icazə verməyib.


O, şənbə günü İcmalar Palatasının gündəmində olan Avropa İttifaqından çıxma razılaşmasının bazar ertəsi günü yenidən səsverməsinin mümkün olmayacağını söyləyib.


Xatırladaq ki, İngiltərənin Baş naziri Boris Conson keçən həftə Aİ liderləri ilə əldə etdiyi Brexit razılaşmasını şənbə günü təsdiq etmək üçün İcmalar Palatasına göndərmişdi. Sazişə səs vermək üçün toplaşan parlament Brexit müddətinin uzadılması üçün Baş nazirdən Aİ-yə məktub yazmasını tələb etmişdi.

Xəbər lenti

Çox oxunanlar