Xəzər Xəbər

Kürdəmirdə dəhşətli qəza: Avtomobil aşdı, sürücü içindən xəsarət almadan çıxdı

Hadisə | 14:15 • 20 Oktyabr 2019
Kürdəmirdə dəhşətli qəza:

Kürdəmirdə avtomobil qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar sakini, 1992-ci il təvəllüdlü Həsənov Rasim Bəhrəm oğlu Kürdəmir istiqamətində "Chevrolet” markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti