Xəzər Xəbər

Abşeronda oğurluq edən azyaşlı tutulub

Hadisə | 13:03 • 19 Oktyabr 2019
Abşeronda oğurluq edən azyaşlı tutulub

Abşeronda oğurluq hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən (DİN) xezerxeber.az-a verilən məlumata görə, oktyabrın 18-də Mehdiabad qəsəbəsi ərazisində qorunan mənzillərin birindən Abşeron Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.


Dərhal rayon mühafizə idarəsinin əməkdaşları həmin ünvana gəlib, evdən oğurluğa cəhd göstərən qəsəbə sakini olan azyaşlı saxlanılaraq Mehdiabad Polis Bölməsinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti