Xəzər Xəbər

Ukraynanın ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb

Dünya | 11:06 • 19 Oktyabr 2019
Ukraynanın ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb

Ukraynanın Kiyev Milli Linqvistik Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb. Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında universitetin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru İntiqam Şıxızadə məlumat verib.


Bu ixtisasın açılmasında Azərbaycanın Ukraynadakı səfirliyinın yaxından kömək etdiyini vurğulayan İ.Şıxızadənin sözlərinə görə, artıq ixtisasa ilkin qəbul həyata keçirilib və 5 ukraynalı tələbə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alır. O deyib: "Bu ixtisasın açılması Azərbaycan dilinə və ədəbiyyatına olan marağın göstəricisidir. Tədris Azərbaycan və Ukrayna dillərində aparılır”.


İ.Şıxızadə bildirib ki, Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində hazırda 10-dan çox ukraynalı tələbəyə Azərbaycan dili, tarixi və mədəniyyəti öyrədilir. Mərkəz metodik vəsaitlərlə təmin edilib, həmçinin müasir texniki avadanlıq quraşdırılıb, xüsusi kitabxana fondu yaradılıb, xalqımızın mədəniyyətini və tarixini, zəngin adət-ənənələrini əks etdirən eksponatlar yerləşdirilib.

Xəbər lenti