Xəzər Xəbər

Məsciddə DƏHŞƏTLİ PARTLAYIŞ 20 ölü, çox sayda yaralı var

Dünya | 16:11 • 18 Oktyabr 2019
Məsciddə DƏHŞƏTLİ PARTLAYIŞ

Əfqanıstanda cümə namazı qılan müsəlmanlar terror aktının qurbanı olub.

"Röyters” xəbər verir ki, Nangərhər bölgəsində yerləşən məsciddə meydana gələn partlayış nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.

Bu barədə bölgənin bələdiyyə rəsmisi Ataullah Xoqyani TOLO xəbər agentliyini məlumat verib.

Hadisə şahidləri partlayışdan sonra məscidin damının çökdüyünü bildirib.

Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib./publika.az

Xəbər lenti