Xəzər Xəbər

Əfqanıstanda məsciddə partlayış törədilib, 17 nəfər ölüb

Dünya | 15:12 • 18 Oktyabr 2019
Əfqanıstanda məsciddə partlayış törədilib, 17 nəfər ölüb

Bu gün Əfqanıstanın Nangarhar vilayətində məsciddə cümə namazı zamanı iki partlayış törədilib.


Xezerxeber.az-ın xəbərə görə, bu barədə "Tolo news” telekanalı məlumat yayıb.


Partlayış nəticəsində 17 nəfər ölüb, xəsarət alanlar var.


Terror aktı ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Xəbər lenti