Xəzər Xəbər

Bakının iki rayonunda qaz olmayacaq

İqtisadiyyat | 10:34 • 18 Oktyabr 2019
Bakının iki rayonunda qaz olmayacaq

Bu gün saat 10:00-dan başlamaqla Qaradağ rayonu, Bakı-Salyan şosesinin 70-ci kilometrində Bakı-Ələt yolunun sağ tərəfində yerləşən və Xəzər rayonu, Bakı-Mərdəkan-Qala yol ayırıcının cənub qərb hissəsindəki yanacaq doldurma məntəqələri üçün çəkilmiş qaz xətləri mənbəyə birləşdiriləcək. Bu müddət ərzində Qaradağ rayonu, Ələt qəsəbəsi, Kötəl Şıxlar yaşayış massivi, Xəzər rayonu, "Stansiya Qala” və Mərdəkan bağları yaşayış məntəqələrinin qaz təchizatında fasilələr yaranacaq.


Xezerxeber.az xəbər verir ki, bu barədə "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Xəbər lenti