Xəzər Xəbər

"Bir gündə 650 min ağac əkək" aksiyasının hazırlıq işlərinə start verildi VİDEO

Veb TV | 19:37 • 20 Oktyabr 2019
"Bir gündə 650 min ağac əkək" aksiyasının hazırlıq işlərinə start verildi

"Bir gündə 650 min ağac əkək" aksiyasının hazırlıq işlərinə start verilib. Artıq ağac əkiləcək yerlərin bir qismi müəyyən edilib.

Ağacların əkiləcəyi yerlərdən biri Şamaxı rayonudur. Rayon İcra Hakimiyyətindənbildirilib ki, rayonda təşəbbüslə əlaqədar ağac əkiləcək ərazilər müəyyənləşdirilir, ayrılan sahələr təmizlənir, hamarlanır və çalalar qazılır.

650 min ağac əkilməsi təşəbbüsünə sabirabadlılar da böyük ruh yüksəkliyi ilə qoşulublar. Hazırda rayonda ciddi hazırlıq işləri gedir. Yaşıllıqların əsasən magistral yolun kənarında salınması planlaşdırılır. Artıq boş sahələr kol-kosdan təmizlənib, əkin üçün hazır vəziyyətə gətirilib.

Sabirabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, salınacaq yaşıllıqlar damcılı suvarma sistemi ilə suvarılacaq. Bunun üçün su anbarı tikilir və boruların çəkilməsi üçün işlər aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, hazırda paytaxt da daxil olmaq, bütün regionlarda yerli icra hakimiyyəti orqanları tərəfindən yerlər müəyyən olunur. Bundan sonra isə həmin regionun iqliminə uyğun ağaclar təyin olunaraq ora göndəriləcək.

Nazirliyin şöbə müdiri Səyyarə Məmmədovanın sözlərinə görə, artıq əkiləcək ağacların növləri də müəyyənləşdirilib.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkilməsi noyabr ayında həyata keçiriləcək.

 

Xəbər lenti