İmişli rayonunda ağır yol qəzası qeydə alınıb.
XəzərXəbər xəbər verir ki, oktyabrın 14-də saat 9 radələrində İmişli rayonunun Xubyarlı kəndi ərazisində şəhər sakini R.Məmmədovun idarə etdiyi "VAZ-2106” və Kürdəmir rayon sakini Y.Dünyamalıyevin idarə etdiyi "Hyundai” markalı yük avtomobilləri toqquşub. Nəticədə R.Məmmədovun sərnişini, kənd sakini Hafiz Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.