Xəzər Xəbər

Suriyada zərərsizləşdirilən terrorçuların sayı 550-yə çatıb

Dünya | 10:52 • 14 Oktyabr 2019
Suriyada zərərsizləşdirilən terrorçuların sayı 550-yə çatıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" (Sülh çeşməsi) antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən PKK/PYD və YPG terrorçularının sayı 550-yə çatıb.


Xezerxeber.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.


Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-dan Suriyanın şimalında "Barış pınarı” antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Xəbər lenti