Xəzər Xəbər

Çində yeməkxanada baş verən partlayışda ölənlərin sayı 9-a çatıb

Dünya | 09:16 • 14 Oktyabr 2019
Çində yeməkxanada baş verən partlayışda ölənlərin sayı 9-a çatıb

Çinin Ciansu vilayətinin Usi şəhərində yeməkxanada baş verən partlayış nəticəsində ölənlərin sayı 9-a çatıb.


Xezerxeber.az yerli KİV-lərə istinadla xəbər verir ki, oktyabrın 13-də səhər vaxtı baş verən partlayışda ilkin olaraq 6 nəfərin öldüyü təsdiqlənmişdi. Təxminən 6 saatlıq axtarış işlərinin gedişində daha 3 nəfərin cəsədi tapılıb. Xəstəxanada müalicə alan yaralıların sayı isə 10-dur.


Qeyd edək ki, oktyabrın 13-də Usi şəhərinin Sişan rayonunda üçmərtəbəli binanın birinci mərtəbəsində yerləşən yeməkxanada qaz sızmasından güclü partlayış baş verib. Partlayış qonşu obyektlərdə, habelə yolun əks tərəfində yerləşən binalarda da dağıntıya səbəb olub.


Hadisə yerinə 21 yanğınsöndürən və təcili tibbi yardım avtomobili, mülki müdafiə bölmələrinin 200 nəfərlik heyəti cəlb edilib.

Xəbər lenti

Çox oxunanlar