Xəzər Xəbər

Milli Televiziya və Radio Şurasında iri kabel şəbəkə operatorlarının rəhbərləri ilə görüş olub

Cəmiyyət | 13:51 • 23 Sentyabr 2019
Milli Televiziya və Radio Şurasında iri kabel şəbəkə operatorlarının rəhbərləri ilə görüş olub

Milli Televiziya və Radio Şurasında (MTRŞ) Azərbaycanın iri kabel şəbəkə operatorlarının rəhbərləri ilə görüş keçirilib.


MTRŞ-dən xezerxeber.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın kabel şəbəkə yayımındakı mövcud durum və bu sahədə olan problemlər, onlardan çıxış yolları qarşılıqlı diskussiya şəraitində müzakirə olunub.


MTRŞ sədri Nuşirəvan Məhərrəmov kabel şəbəkələrində bəzi xarici kanalların retranslyasiyası zamanı milli maraqlar baxımından yaranan narahatlıqlar, şəbəkə operatorlarının xidmətində olan bəzi çatışmazlıqlar, retranslyasiya olunan kanalların sayının çox olması, onların yayımının müəlliflik hüquqları, operatorların təqdim etdikləri əlavə audiovizual xidmətlərin qeydiyyatı sahəsində olan problemlər barədə məlumat verib.


Kabel televiziyalarının nümayəndələri bu kimi problemlərin aradan qaldırılmasında səylərin birləşdirilməsi, operatorlar arasında qarşılıqlı faydalı əlaqələr baxımından kabel yayımçılarının ümumi maraqlarını qoruyan ictimai bir qurumun yaradılmasını təklif ediblər. Yaxın gələcəkdə bütün kabel və IP şəbəkə operatorlarının nümayəndələrinin iştirakı ilə belə bir qurumun yaradılması məsələsinin daha dərindən müzakirə edilməsi tövsiyə olunub.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti