Xəzər Xəbər

Türkiyədən qanunsuz yollarla Yunanıstana keçmək istəyən 40 nəfər saxlanılıb

Dünya | 13:46 • 23 Sentyabr 2019
Türkiyədən qanunsuz yollarla Yunanıstana keçmək istəyən 40 nəfər saxlanılıb

Türkiyənin Edirne şəhərinin Enez rayonu sahillərinə yaxın bölgədə qayıqla qanunsuz olaraq Yunanıstana keçmək istəyən 40 nəfər saxlanılıb.


Xezerxeber.az xəbər verir ki, ölkənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılanların Əfqanıstan və İran vətəndaşları olduqları müəyyən edilib. Onlardan 15-i uşaq, 10-u qadındır.


Köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

Xəbər lenti