Xəzər Xəbər

Sosial şəbəkələrdə narkotikdən istifadəni təbliğ edən şəxs saxlanılıb

Hadisə | 13:44 • 23 Sentyabr 2019
Sosial şəbəkələrdə narkotikdən istifadəni təbliğ edən şəxs saxlanılıb

Sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadəni açıq şəkildə təbliğ etməsinə dair videogörüntü yayılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Nəticədə narkotiki təbliğ edənin Rafiq Quluzadə olması müəyyən edilib və o, saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 0,335 qram marixuana aşkarlanıb.


Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. O, məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilib.

Xəbər lenti