Xəzər Xəbər

“Çernobıl” serialı “Emmi” mükafatına layiq görüldü

Şou Biznes | 13:40 • 23 Sentyabr 2019
“Çernobıl” serialı “Emmi” mükafatına layiq görüldü

"Çernobıl" serialı "Ən yaxşı mini-serial" kateqoriyasında "Emmi" mükafatına layiq görülüb.

XəzərXəbər oxu.az-a istinadla xəbər verir ki, mükafatı alan serialın yaradıcısı Kreyq Meyzin serialın insanlara yalanın təhlükəsini dərk etməyə kömək edəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, "Çernobıl" HBO telekanalının çəkdiyi beş hissəli serialdır və Çernobıl AES-dəki qəzaya həsr olunub.

Xatırladaq ki, "Emmi" ABŞ-da televiziya sahəsində təqdim edilən mükafatdır. Bu mükafat Oskar, Qremmi və Toni mükafatlarının televiziya ekvivalenti hesab edilir.

Bu il Los-Anceles şəhərində 71-ci "Emmi" mükafatının təqdimetmə mərasimi keçirilib.

Xəbər lenti