Xəzər Xəbər

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlandı

Hadisə | 13:35 • 23 Sentyabr 2019
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz-21074" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Avtomobilə "Buran" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Xidməti itin reaksiyası nəticəsində minik maşınının sol tərəf arxa və ön qapılarının, yanacaq çəninin içərisində 1120 ədəd üzərində "Mega Black Devil" yazısı olan pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti