Xəzər Xəbər

Çiyələklərin içindən yenə iynə çıxdı VİDEO

Veb TV | 13:27 • 23 Sentyabr 2019
Çiyələklərin içindən yenə iynə çıxdı

Avstraliyanın Viktoriya ştatında satışda olan çiyələklərin içindən iynə aşkar edilib.

XəzərXəbər Trend-ə istinadla xəbər verir ki, polis bununla bağlı iki faktı araşdırır.

Qeyd olunur ki, iynələri aşkar edən iki nəfər yüngül xəsarətlərlə həkimə müraciət edib.

Xatırladaq ki, ötən ilin sentyabrında da Avstrliyada çiyələklərin içindən iynələr aşkar olunmuşdu. Ümumilikdə 230 bu cür fakt barədə məlumat verilmişdi.

Həmin insidentlə bağlı 50 yaşlı qadın təxribat ittihamı ilə həbs olunmuşdu.

Bu insident Avstraliyanın kənd təsərrüfatına 115 milyon dollardan çox ziyan vurmuşdu.

Xəbər lenti