Xəzər Xəbər

27 dəqiqə ölən qadın o dünya haqqında danışdı ABŞ-da

Dünya | 13:18 • 23 Sentyabr 2019
27 dəqiqə ölən qadın o dünya haqqında danışdı

Qadın 27 dəqiqə öldü və ayılandan sonra nə baş verdiyi haqqında danışdı.

XəzərXəbər ölkə.az-a istinadən bildirir ki, Arizona sakini Tina Hines, qəfil ürək tutması keçirib, sonra dörd dəfə yenidən həyata qaytarılıb.

Bu barədə instaqramda qardaşı oğlu yazıb. Həkimlər gələnə qədər Tinanın əri onu bir neçə dəfə həyata qaytarmağa çalışıb. Xəstəxanaya apararkən yolda həkimlər xəstəni defibrilatorla xilas etməyə çalışıblar. Tinanın İnstaqramda yazdığı kimi, ümumilikdə 27 dəqiqə klinik ölüm vəziyyətində olub. Uyandıqdan dərhal sonra amerikalı qələm ilə bir kağız götürüb və yazıb: "O, həqiqətən var".

Qohumları Tinadan nəyin olduğunu izah etməsini istədikdə, Tinanın gözləri yaşararaq göyə işarə edib. Tinanın sözlərinə görə, klinik ölüm zamanı parlaq sarı parlayan qapıların yanında dayanan bir varlıq görüb.

Xəbər lenti