Xəzər Xəbər

ÇL-də 3 qol vuran 19 yaşlı futbolçu "Barselona"nın hədəfində

İdman | 14:10 • 22 Sentyabr 2019
ÇL-də 3 qol vuran

"Barselona" transfer çalışmalarına indidən start verib.


Kataloniya lub klubu Avstriyanın "Zalsburq" klubunun forvard Erlinq Halanda "elçi düşüb".


Bu mövsüm oynadığı 9 matçda 17 qol vuran və 5 məhsuldar ötürmə edən 19 yaşlı futbolçu son olaraq Çempionlar Liqasının "Genk"lə oyununda het-trik edib. "Barselona"nın baş məşqçisi Ernesto Valverde qış fasiləsində norveçli hücumçunun alınmasını istəyib.


"Zalsburq" hələ Erlinq Halanda qiymət qoymayıb. Amma onun qış fasiləsində olmasa da, mövsümün sonunda dünya nəhənglərindən birinə transfer olunacağı dəqiqdi.


Qeyd edək ki, Erlinq Haland bu ilin yanvarında "Molde"dən "Zalsburq"a 5 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 12 milyon avro qiymət qoyub.


Fanat.Az

Xəbər lenti