Xəzər Xəbər

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib - FOTO

Gündəm | 11:27 • 21 Sentyabr 2019
Erməni tərəfi Qazax istiqamətində təxribat törədib -

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.


DSX-dan xezerxeber.az-a verilən məlumata görə, dünən saat 13:20 radələrində sərhəd döyüş mövqelərimiz və təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub.


Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Xəbər lenti