Xəzər Xəbər

Türkiyədə xərçənglə mübarizənin simvolu həyatını itirdi - VİDEO

Dünya | 10:47 • 21 Sentyabr 2019
Türkiyədə xərçənglə mübarizənin simvolu həyatını itirdi -
Xərçəngə qarşı apardığı mübarizəylə tanınan Neslican Tay Medipol Xəstəxanasında həyatını itirib.

Türkiyədə xərçəng xəstəliyi ilə mübarizə simvoluna çevrilən 20 yaşlı Neslican Tay ölüb.

Buna qədər bir ayağının kəsilməsinə səbəb olan xərçəngə qarşı mübarizəylə sosial mediada məşhurlaşan türkiyəli gənc 4-cü dəfə yoluxduğu xərçəngə məğlub olub.

Xəstəxanadan edilən açıqlamada bu ifadələrə yer verilib: "Neslican Tay qızımız 6 sentyabr 2019-cu ildəuzun müddətdir mübarizə apardığı bədxassəli şişlə bağlı artmış simptomlarla xəstəxanaya müraciət etmişdi. Vəziyyətinin ağırlaşması ilə 15 sentyabr şənbə günü ciddi nəzarətə götürülmüşdü. Ancaq xəstəlik ucbatından yaranan çoxlu orqan çatışmazlığı səbəbi ilə 20.09.2019-cu il saat 21:20-də onu itirdik. Allahdan rəhmət diləyir, bütün yaxınlarına səbr arzulayırıq".


Xəbər lenti