Xəzər Xəbər

“Hizbulla”dan Səudiyyə Ərəbistanına sərt mesaj: “İran səni məhv edər”

Dünya | 09:35 • 21 Sentyabr 2019
“Hizbulla”dan Səudiyyə Ərəbistanına sərt mesaj: “İran səni məhv edər”

Livanın "Hizbulla” təşkilatı cümə günü Səudiyyə Ərəbistanına müharibə fikrinə düşməməyə çağırıb və İranın onu məhv edə biləcəyi barədə xəbərdarlıq edib.


APA "voice america”ya istinadla xəbər verir ki, "Hizbulla” lideri Seyid Həsən Nəsralla televiziya ilə çıxışında Riyadı və Birləşmiş Ərəb Əmirliklərini havadan müdafiə sisteminə pul xərcləməkdənsə, Yəməndəki müharibəyə son qoymağa çağırıb.


"İranı müharibə ilə təhdid etmə, çünki o səni məhv edər”, - deyən Nəsralla əlavə edib ki, "Birləşmiş Ərəb Əmirliklərinin şüşə şəhərləri kimi sizin də həm eviniz, həm də iqtisadiyyatınız şüşədən hazırlanıb”.


Qeyd edək ki, "Hizbulla” 1982-ci ildə İran islam Qvardiyası tərəfindən Livanda təsis olunmuş şiə qruplaşmasıdır. Ağır silahlarla təchiz olunmuş təşkilat İranın regional ittifaqında mühüm yer alır.

Xəbər lenti