Xəzər Xəbər

Ermənilərin Ağdamda qazıntı işləri aparması arxeoloji təxribatdır VİDEO

Veb TV | 20:30 • 19 Sentyabr 2019
Ermənilərin Ağdamda qazıntı işləri aparması arxeoloji təxribatdır

Ermənilər Azərbaycanın işğal altındakı ərazilərdə apardıqları arxeoloji qazıntıları bu dəfə Ağdam bölgəsində davam etdirirlər. Maddi-mənəvi terror həyata keçirən Ermənistan rejimi Dənizdən Dənizə böyük Ermənistan xülyalarına dünyanı inandırmaq üçün arxeoloji qazıntılarla tarixi faktları saxtalaşdırmağa çalışır. Ağdama gələn erməni alimləri iddia edirlər ki, qazıntılarda tapılan antik şəhər və insan qalıqları guya "Azıx mağarasında olduğu kimi", bu bölgədə də qədim erməni xalqının varlığını sübut edir.

Ağdam bölgəsində qazıntılar zamanı ortaya çıxan eksponatlar Yerevana, antropoloji parçalar isə Avropa ölkələrinə göndərilib. Məsələyə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institutu da münasibət bildirib. İnstitutun aparıcı elmi işçisi Xəqani Alməmmədov bildirir ki, Azərbaycan torpaqlarında istənilən qazıntı işi aparılması dövlət qurumlarının razılığı olmadan aparıla bilməz.

Xəqani Alməmmədovun sözlərinə görə Ermənilərin Ağdam ərazisində onların guya qədim yaşayış məskəninin olması iddiaları tamamilə əsassızdır.Çünki,həmin ərazilərdə tarix boyu ancaq azərbaycanlılar yaşayıb və bunu sovet dönəmində aparılan qazıntılar da təsdiqləyir.

Ermənistan Azərbaycandan icazəsiz olaraq tarixi saxlaşdırmaqla və özbaşına qazıntılar aparmaqla bütün beynəlxalq konvensiyaların da bəndlərini kobud surətdə pozur. Beynəlxalq konvensiyalara əsasən, işğalçı güc, maddi mədəni irsin dəyişdirilməsi, dağıdılması və qanunsuz ixracı ilə bağlı məsuliyyət daşıyır.

Xəbər lenti