Xəzər Xəbər

Azərbaycan radio tarixində ilk - Aparıcılar 24 saat canlı efirdə olacaqlar - VİDEO

Veb TV | 19:26 • 19 Sentyabr 2019
Azərbaycan radio tarixində ilk -

Xəzər Hit Fm-in 3 aparıcısı Azərbaycan tarixində bir ilkə imza atmaq niyyətindədir."6-dan sonra" adlıverilişinin aparıcıları 24 saat canlı efirdə olacaqlar.bununla da onlar Azərbaycan radio tarixində efirdə ən uzun müddət veriliş aparan aparıcılar olacaqlar. O dur ki,bol hədiyyələr qazanıb,tarixi bir anın şahidi olmaq üçün sabah səhər saat 8-dən dalğanızı Xəzər Hit Fm-ə kökləyin.

Azərbaycan radio tarixində ilk dəfəXəzər Hit Fm-in aparıcıları 24 saat canlı efirdə olacaqlar.

"6- dan sonra"adlı verilisin aparıcıları Cavid Osmanov,Əhəd Miriyev və Azərin Məmmədli sabah səhər saat 8-dən başlayaraqcanlı efirdə 24 saat veriliş aparacaqlar.

Aparıcılar 1 sutkayatmadan və yalnız kiçik fasilələrə ayrılmaqladinləyicilərlə biryerdə olacaqlar.Dünyanın müxtəlif yerlərində bu tipli rekordlar olsa ,ölkəmizdə ilk dəfə olaraq bu tarixi an Xəzər Hit FM də yaşanacaq.Yorulmadan efir aparmaq üçün isə aparıcılar sabah üçün xüsusi hazırlanıblar.

Efir boyunca bir birindən maraqlı qonaqlarla yanaşı dinləyicilərə bol bol hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, Cavid Osmanov,Əhəd Miriyev və Azərin Məmmədli 103 fm dalğasında efirə gedən "6 dan sonra" verlişinin aparıcılardı.Veriliş həftə içi 5 gün axşam saat 6 dan 8- ə kimi davam edir.

Xəbər lenti