Xəzər Xəbər

“Xətai” niyə ”xarab” oldu? – RƏSMİ CAVAB

İqtisadiyyat | 11:10 • 19 Sentyabr 2019
“Xətai” niyə ”xarab” oldu? –

Yeni istifadəyə verilmiş "Xətai" stansiyasında eskalatorların xarab olması ilə bağlı xəbərlərə Bakı Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov aydınlıq gətirib.



BakuPost-a açıqlama verən Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, "Xətai” stansiyasındakı eskalatorların fəaliyyətində heç bir nasazlıq yoxdur: "Stansiyadakı eskalatorlarda heç bir texniki nasazlıq yoxdur, günün bütün saatlarında fəaliyyətdədir. Sadəcə olaraq səhər saatlarında eskalatorlara baxış keçirildiyi üçün dayandırılır. Bu metronun bütün stansiyalarında həyata keçirilir”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti