Xəzər Xəbər

Bu restoranlarda antisanitar vəziyyət hökm sürür - "Xəzər Xəbər"in əməkdaşlarına çəkiliş zamanı hücum olub - VİDEO

Veb TV | 19:50 • 17 Sentyabr 2019
Bu restoranlarda antisanitar vəziyyət hökm sürür -

Mətbəxin hər tərəfi çirkab içərisindədir. Hətta qab qaşıqdan tutmuş döşəmə və divara qədər hər yer çirklidir.

Yemək bişirmək üçün hazırlanan ərzaqların hamısı zibil qabları ilə yan-yana döşəməyə qoyulub.

Ətlər vəya müxtəlif ət məhsullarının hamısı antisanitar şəraitdə saxlanılır. Görüntülər Xəzər Xəbərin əməkdaşları tərəfindən Kürdəmirdə, yol kənarında fəaliyyət göstərən kafelərdən birində lentə alınıb.

Müəsissənin işçillərindən vəziyyətin niyə belə olduğunu soruşanda isə hərə fərqli cavablar verib.

Hətta bunlar azmış kimi əməkdaşlarımıza hücum edib, nalayiq sözlər işlədərək kamera və mikrafonumuzu da sındırmaq istəyiblər.

Bundan əlavə kamaramızı əməkdaşlarımızın əlindən alaraq qaytarmaq istəməyiblər.

Yalnız polisin müdaxiləsindən sonra kamera və mikrafonumuz onlardan geri alınıb.

Daha çox yol kənarlarında fəaliyyət göstərən, belə antisanitar iaşə obyektləri ilə bağlı qida təhlükəsizliyi agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, bütün müəssisələrdə ətin saxlanılmasından tutmuş, yemək hazırlamaqda istifadə olunan avadanlıqlara qədər hər bir şeyə fikir verilməlidir.

Bölmə rəisinin sözlərinə görə bütün bu tələbələrə əməl etmöəyənləri cərimə və cəzalar gözləyir.

Əgər sahibkarlar hər hansı cərimə vəya cəza almaq istəmirlərsə o zaman qaydalara düzgün riayət etsinlər.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti