Xəzər Xəbər

Abşeron və Sabirabadda ağır qəzalar - 4 ölü, bir neçə yaralı var - VİDEO

Veb TV | 18:31 • 15 Sentyabr 2019
Abşeron və Sabirabadda ağır qəzalar -

Abşeronda iki maşının toqquşması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Abşeron rayonu, Novxanı kəndi ərazisində baş verib.

Sürətlə gedən iki avtomobil toqquşub. Üç nəfərin ölümünə səbəb olan qəzada xəsarət alanların bəzilərinin adları məlum olub. Onlar 1 yaşlı Ramal Məmmədov, 43 yaşlı Gülgün Məmmədova və 20 yaşlı Nahidə Məmmədovadır. Yaralılardan bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəsarət alanların bəzilərinin vəziyyəti orta-ağırdır. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Sabirabad rayonunda da qəza baş verib. Hadisə Padar-Sabirabad yolu üzərində yerləşən Kovlar kəndi ərazisində olub. Saatlı rayonunun Cəfərxan kənd sakini 54 yaşlı Nizami Əliyevin idarə etdiyi minik maşını yoldan çıxaraq aşıb. Sürücü hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti