Xəzər Xəbər

Ermənistanda turisti ayı parçalayıb

Dünya | 11:09 • 15 Sentyabr 2019
Ermənistanda turisti ayı parçalayıb

Ermənistanda polşalı turisti ayı parçalayıb.


Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, hadisə Araqats dağında baş verib. Bu barədə polislərə onun rəfiqəsi məlumat verib. Helikopterlə ətrafda axtarış aparan xilasedicilər iki saat sonra sözügedən şəxsin meyitini tapıblar.


Məlumata görə, ayının hücumuna məruz qalaraq ölən turistin 1986-cı il təvəllüdlü Petra B. olduğu müəyyənləşib.


Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Xəbər lenti