Xəzər Xəbər

Qubada itkin düşən kişinin meyiti tapılıb

Region | 09:18 • 26 Avqust 2019
Qubada itkin düşən kişinin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Quba rayonu, Tüləkəran kəndi yaxınlığında, dağlıq ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.


FHN-dən xezerxeber.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri 1960-cı il təvəllüdlü Nəsirov Sahib Nəsrəddin oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti