Xəzər Xəbər

Bərdədə ağaclar aşıb, qəbir daşları dağılıb - VİDEO

Veb TV | 20:11 • 25 Avqust 2019
Bərdədə ağaclar aşıb, qəbir daşları dağılıb -

Bərdədə qəbiristanlıqdakı quru ağaclar aşaraq qəbirlərə ziyan vurur.

Ağaclar aşaraq qəbir daşlarını dağıdıb. Hətta ağacların zərbəsindən yarasız hala düşən daşlara da rast gəlmək mümkündür.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ilə bağlı görüntülər Bərdə rayonunun Gərənə kənd qəbirisanlığında lentə alınıb.

Qəbiristanlıq ərazisində olan irigövdəli yaşlı ağaclar quruyaraq ya aşır, ya da budaqları sınıb tökülür.

Bir neçə gün əvvəl güclü küləyin təsirindən ağac qırılaraq bir neçə qəbir daşına ciddi ziyan vurub.

Yaranmış vəziyyətlə bağlı kənd sakinləri dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağcabədi regional şöbəsindən isə bildiriblər ki, kənd sakinləri idarəyə müraciət etməlidirlər. Bundan sonra isə məsələnin təfərrüatları araşdrılıb lazımi tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti