Xəzər Xəbər

Fəhlələr 1 il 7 aydır işlədiyi tikintidən maaşını ala bilmir VİDEO

Veb TV | 20:04 • 23 Avqust 2019
Fəhlələr 1 il 7 aydır işlədiyi tikintidən maaşını ala bilmir

Fəhlələr1 il 7 aydır işlədiyi tikintidən maaşını ala bilmir. Söhbət Abşeron rayonu "Masazır Park" Yaşayış kompleksindən gedir.

35 nəfərfəhlə xeyli vaxtdır sözü gedən tikinti şirkəti tərəfindən aldadılaraq istismar ediliblər. Onlara müxtəlif vəddlər verilsədə lakin heç biri yerinə yetirilməyib. Şikayətçilərin sözlərinə görə, "Masazır Park" Yaşayış kompleksindən onlara bildirilib ki, işlədikləri əmək haqqları ay ərzində ödənləcək. Lakin üstündən 1 il 7 ay keçməsinə baxmayaraq maaşdan heç bir xəbər yoxdur.

Tikintidə fəhlələrlə birgə çalışan, İŞ icraçısıYaşar Məmmədov dedi ki, Tikinti şirkətində özünü sədr müavini kimi təqdim edən , Vasif adlı şəxs onlara Pul müqabilində mənzil söz verib. Yəni binadan hər hansı bir mənzil satışı həyata keçirilərsə, onlarında maaşı ödəniləcək.

Məsələ ilə bağlı "Masazır Park" Yaşayış kompleksinin ofisinə müraciətimizisə baş tutmadı.

Əmək müfəttişliyindən isə bildirildi ki, "Masazır Park" Yaşayış kompleksində fəhlələrlə hər hansı bir əmək müqaviləsi olmadığına görə onlara müraciət olunmayıb.Ümid qalır yenə şirkət rəhbərliyinə ki,əməyini istismar etdiyi işçilərin əmək haqqlarını verəcək.

Xəbər lenti