Xəzər Xəbər

Qurban Qurbanovun məğlubiyyət şərhi: "Futbolda nadir hallarda belə hadisələr olur"

İdman | 09:33 • 23 Avqust 2019
Qurban Qurbanovun məğlubiyyət şərhi:

Avropa Liqasının pley-off mərhələsinin ilk matçında "Qarabağ" səfərdə Şimali İrlandiyanın "Linfild" klubuna 2:3 hesabıyla məğlub olub.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Futbolda nadir hallarda belə hadisələr olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik, rəqib isə qol epizodlarından yox, standard vəziyyətlərdən qollarını vurdu. Bu futboldur, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq".

Xəbər lenti