Xəzər Xəbər

Tikinti ilə bağlı onlayn icazələrin sayı artır VİDEO

Veb TV | 19:45 • 20 Avqust 2019
Tikinti ilə bağlı onlayn icazələrin sayı artır

Tikintisinə icazənin elektron alındığı obyektlərin əhatə dairəsi genişləndirilir. Bunuİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov isə bildirib ki, tikililərin ümumi reyestrinə təqdim olunan sənədlərin gecikmələri əhəmiyyətli dərəcədə azalıb. Elektron sistem tam yaradılana qədər isə qurum icra orqanları ilə geniş maarifləndirmə tədbirləri aparır.

Komitənin sədr müavini əlavə edib ki, əgər əvvəllər rayonlardan reyestrə təqdim olunan sənədlərin tamlığı ilə bağlı çoxlu sayda iradlar olurdusa, artıq demək olar, bu iradların əksəriyyəti aradan qaldırılıb.

Xəbər lenti

Çox oxunanlar