Xəzər Xəbər

Türküstanla bağlı nəhəng təlim: 128 min hərbçi...

Dünya | 15:45 • 20 Avqust 2019
Türküstanla bağlı nəhəng təlim:

"Mərkəz 2019” strateji komanda qərargah təlimi sentyabrın 16-dan 21-nə qədər keçiriləcək.

Bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Təlimə 128 minə yaxın hərbçinin, 20 min hərbi texnikanın, 600 uçuş aparatının, 15 hərbi gəminin qatılacağı bəyan edilib. Təlimin praktik fəaliyyətlərinin Rusiyanın Avropa hissəsindəki "Donquz”, "Toçkiy”, "Adanak” poliqonlarında da aparılacağı vurğulanıb.

Təlim zamanı Mərkəzi Asiyanın hərbi təhlükəsizliyinin təminatı və beynəlxalq terrorizmlə mübarizə məsələlərinin işləniləcəyi bildirilib.

Rusiya Müdafiə Nazirliyi təlimə Rusiyanın Mərkəzi Hərbi Dairəsi, Xəzər donanması, Şərq Hərbi Dairəsi, Hərbi Desant Qüvvələriylə bərabər Çin, Qırğızıstan, Pakistan, Hindistan, Qazaxıstan, Tacikistan və Özbəkistan hərbçilərinin cəlb ediləcəyi qeyd edilib. Təlimin Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərliyi altında keçiriləcəyi bildirilib./axar.az

Xəbər lenti