Xəzər Xəbər

Rusiyada böyük böhran nə vaxt başlayacaq? PROQNOZ

Dünya | 15:31 • 20 Avqust 2019
Rusiyada böyük böhran nə vaxt başlayacaq?

Rusiya iqtisadiyyatında ümumdaxili məhsulun azalması, inflyasiya artımı və büdcə çətinlikləriylə müşahidə olunacaq yeni böhran il yarımdan tez baş verməyəcək.

Bu iddia ilə Rusiya Ali İqtisadiyyat Məktəbinin ekspertləri çıxış ediblər.

Ekspertlər hadisələrin bu cür inkişafına səbəb olacaq faktorlardan birinin ABŞ və Çin arasındakı ticarət savaşının olacağını deyiblər.

"Əgər ÜDM-nin həcminə görə dünyanın ilk onluğunda yer alan ölkələr iqtisadi durğunluq vəziyyətinə və ya daha pis – maliyyə-iqtisadiyyat böhranına daxil olsalar, bu, birbaşa Rusiya iqtisadiyyatına da təsir edəcək”, - Rusiya Ali İqtisadiyyat Məktəbinin proqnozunda bildirilib.

Qeyd edək ki, bundan öncə Stolıpin adına İqtisadi Artım İnstitutu Rusiyada iqtisadi durğunluğun 2019-cu ildə başlayacağını bildirmişdi./axar.az

Xəbər lenti