Xəzər Xəbər

Bərdədə oğurluq edən şəxslər saxlanılıblar

Region | 11:12 • 20 Avqust 2019
Bərdədə oğurluq edən şəxslər saxlanılıblar

Bərdə rayonunun Mustafaağalı kəndinin qadın sakini avqustun 2-də rayon polis şöbəsinə ərizə ilə müraciət edərək fermadan 1700 manat dəyərində iki baş iribuynuzlu heyvanın oğurlandığı barədə məlumat verib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mustafaağalı kənd sakinləri Turab Talıbov və Rəşad Əsədzadə saxlanılıblar. Onlar dindirilərkən törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurlanmış heyvanlar tapılaraq sahibinə qaytarılıb.


Bundan əlavə rayonun Qarayusifli kəndində 800 manat dəyərində at oğurlayan Alpoud kənd sakini, əvvəllər məhkum edilmiş Fəxri Mustafayev və rayonun Şirvanlı kəndində bir ədəd "VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini Elşən Quliyev Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində saxlanılıb.


Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti