ABŞ prezidenti Donald Tramp "Google”u 2016-cı ildə prezident seçkisində rəqibi Hillari Klintonun lehinə milyonlarla səs artıraraq manipulyasiya etməkdə günahlandırıb.
Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ prezidenti bu hərəkətə görə "Google”un məhkəməyə verilməsini istəyib.
"Hesabat yenicə çıxdı! "Google” 2016-cı il seçkilərində Hillari Klintona verilən səsləri 2,6 milyondan 16 milyona qədər artırıb! Bu hesabat, Tramp yox, məhz Klintonun tərəfdarı tərəfindən dərc edilib! "Google” məhkəməyə verilməlidir. Mənim qələbəm düşünüldüyündən daha çox olub!", - deyə Tramp Twitter hesabında əlavə edib.