Xəzər Xəbər

İnteryerdə istifadəsi rahat olmayan 5 tendensiya - FOTO

Maraqlı | 21:36 • 17 Avqust 2019
İnteryerdə istifadəsi rahat olmayan 5 tendensiya -

Rəsmlərdəki interyerlər həmişə ideal görünür. Lakin çox az adam bilir ki, onların bir neçəsi rahatlıq üçün deyil, məhz gözəllikdən ötrü yaradılıb. Ona görə də siz müasir tendensiyalara riayət etmək və otağınızı parlaq jurnallardan olan əşyalarla bəzəmək istəyirsinizsə, o zaman bunu çox ehtiyatla etməlisiniz. Çünki, fotoşəkillərdə gördüyünüz interyerlərin əksəriyyəti gündəlik həyatımıza uyğun deyil.


Xezerxeber.az pobertony.ru saytına istinadən ən uğursuz və moda dekoratorlarının bizi narahat edən "ixtiralarını” sizə təqdim edir.


Fincan formasında şüşə çanaqlar


Bu cür çanaq çox gözəl, dəbə uyğun və qeyri-adi görünür. O, istənilən interyerə ideal şəkildə uyğun gəlir. Lakin onu hamam otağında quraşdırmaq yalnız gözəllik xətrinə məsləhət görülür. Belə ki, həmin dəbli dizayner əşyasını daim yumaq tələb olunur. Onun üzərindəki ləkələri və bütün korpusu yumaqla yanaşı, alt hissəsini və ətrafını da təmizləmək lazımdır. Çünki, su damcıları daha çox divara sıçrayır.


Əgər siz suyu bir az güclü açsanız, onda bütün vanna otağını yumanız lazım gələcək. Çünki, su ətrafa yayılacaq. Bu səbəbdən həmin "rahat” çanaq ilə siz daim suyun təzyiqini nəzarətdə saxlamağa məcbur olacaqsınız.


Əgər evdə körpə uşaq varsa, onlar üçün xüsusi stul almaq lazım gələcək. Çünki, onlar bu "möcüzəli” ixtiradan asanlıqla istifadə edə bilməyəcəklər. Belə ki, onlar yetərincə hündür məsafədə quraşdırlır. Əlbəttə, çanağı bir az aşağıda da yerləşdirmək olar. Amma belə olan halda vanna otağının təmizlənməsi daha problemli olacaq.


Ayaqlar üzərində ayrıca quraşdırılmış vanna


Ayaqlar üzərində ayrıca quraşdırılmış vanna daha bir dəbdəbəli əşyadır. Amma onun istifadəsi o qədər də rahat deyil. Bu cür vannanı quraşdırmaq çətindir, çünki daha böyük otaq və xüsusi xidmət tələb edir. Onun səthi hamar deyil, məsaməli olduğundan içərisini təmizləmək də çətinlik törədir. Belə ki, bunun üçün xüsusi və bahalı təmizlik vasitələri tələb olunur. Bu vannada yuyunmaq üçün oturmaq lazımdır. Duş qəbul etmək də rahat deyil, çünki su divarlara sıçrayır.


Vannanın ətrafına pərdə çəkmədən suyun döşəməyə axmasını əngəlləmək mümkün deyil. Əgər siz onun içərisində oturaraq yuyunmaq istəyirsinizsə, oradan çıxmaq çətin olacaq. Çünki, bu vannanın kənarları da hündürdür.


Açıq rəflər


İçərisində təmizlik vasitələri olan açıq rəflər yalnız fotoşəkillərdə gözəl görünür. Dizaynerlər bu əşyaları elə düzürlər ki, onlar yaraşıqlı görünsün və siz öz eviniz üçün bu rəflərdən almaq fikrinə düşəsiniz. Amma yadda saxlayın ki, onları tez-tez təmizləmək lazım gələcək. Şəhərdə yaşayanlar bu rəflərin üzərində olan tozu hər gün təmizləməli olacaqlar. Bu cür təmizlik işləri çoxlu vaxt alır. Belə ki, siz onların içərisindəki əşyaların da tozunu almalı olacaqsınız.


Bundan başqa, siz açıq rəfləri plitələrin yanına qoyduqda və onların içərisinə qabları yerləşdirdikdə daha bir problemlə üzləşəcəksiniz. Onda siz onu hər gün yumalı və səthini tozdan, yağlı və yapışqan ləkələrdən təmizləməli olacaqsınız. Bu cür çirklərdən isə asanlıqla və tez biz zamanda qurtulmaq mümkün deyil.


Pəncərənin qarşısında qab yuyulması


Qabları yuduğunuz zaman pəncərədən görünən mənzərədən zövq almaq istəyirisinizmi? Yaxşı ideyadır, amma bunu yerinə yetirmək çətindir. Çünki, pəncərənin qarşısında qab yuduğunuz zaman tezliklər gözəl mənzərəni deyil, şüşələrin üzərinə sıçrayan su və yağ ləkələrini görəcəksiniz. Ona görə də siz gündəlik olaraq qab yumaqla yanaşı, həm də mətbəxdəki pəncərələrin şüşəsini də silməli olacaqsınız.


Qrifel boyası ilə rənglənmiş divarlar


Adətən, divarları üzərində tabaşirlə yazmaq üçün qrifel boyası ilə rəngləyirlər. Bir çox valideynlər düşünürlər ki, bu, uşaq otağının bəzənməsi üçün ideal variantdır. Lakin sonradan aydın olur ki, həmin divarları başqa rəngə boyamaq həddindən artıq çətin olur. Onun üzərində təbaşirlə yazı yazmaq da o qədər də rahat deyil. Belə ki, həmin yazılar çirkli və tutqun alınır.


Hər dəfə dəbə uyğun dizayner əşyalarının parlaq jurnallarda gördüyünüzdə düşünməlisiniz ki, onlar istifadə üçün nə dərəcədə rahatdır. Əks halda, siz interyeriniz üçün növbəti mebel detalı əldə edəcəksiniz, amma onun istifadəsi əlavə problemlər yaradacaq.

Xəbər lenti