Xəzər Xəbər

Masallıda tütünçülük bərpa olunub - VİDEO

Veb TV | 20:19 • 17 Avqust 2019
Masallıda tütünçülük bərpa olunub -

Uzun müddət fasilədən sonra Masallıda tütünçülük ənənələri bərpa olunub. Artıq 3-cü ildir ki, əkin aparan təsərrüfatçılar bu il sahəni 35 ha-a çatdırıblar. Bir neçə gündür isə məhsul yığımına başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, sahələrdən hər hektardan 2 ton məhsul gözlənilir. Masallı rayonunda tütün əsasən Qızılağac, Xırmandalı, Şərəfə, Bədəlan və digər 10-a yaxın kənddə əkilib. Xırmandalı kənd sakini Məhərrəm İbrahimli özünə məxsus və icarəyə götürdüyü torpaqlarda tütünçülüklə məşğul olur.

İlk yığımda sahələrin hər hektarından təxminən 500-600 kiloqram yaş tütün toplanırdısa, bitkinin boyu artdıqca bu göstərici də çoxalır.

Yığılan yarpaqlar ipə düzülərək hava şəraitindən asılı olaraq 3-5 gün ərzində qurudulur və bağlanmış müqavilə əsasında tədarük məntəqəsinə təhvil verilir. Bu günə kimi 280 ton yaş tütündən 6,2 ton quru tütün təhvil verilib. Gələcəkdə rayonda həm tütün qəbulu məntəqələri, həm də qurutma sexləri qurulacaq.

Bundan başqa, rayonda tütünçülüyü daha da inkişaf etdirmək üçün gələcəkdə yeni əkin texnologiyaları tətbiq olunacaq. Bu il tütün yığımı isə fasilələrlə oktyabrın sonuna qədər davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti