Xəzər Xəbər

İstanbulda yaşayan Suriya vətəndaşları qeydiyyatı üzrə geri qaytarılır

Dünya | 18:51 • 22 İyul 2019
İstanbulda yaşayan Suriya vətəndaşları qeydiyyatı üzrə geri qaytarılır

Türkiyənin digər şəhərlərində qeydiyyatda olub, İstanbulda yaşayan Suriya vətəndaşlarının qeydiyyatı üzrə geri qayıtmaları üçün 2019-cu il avqustun 29-a kimi vaxt verilib. Bu barədə İstanbul valiliyindən məlumat verilib.


AZƏRTAC xəbər verir ki, məlumatda rəsmi sənədlərə görə hazırda İstanbulda 1 milyon 69 min 860 xarici vətəndaşın qeydiyyatda olduğu bildirilir. Onlardan 547 min 479-u Suriya vətəndaşıdır. Onlar müvəqqəti qoruma qeydiyyatına alınıb. Hazırda İstanbulda bu qeydiyyat növü dayandırılıb.


Bundan əlavə ölkəyə qanunsuz yollarla daxil olanların da saxlanılaraq ölkələrinə geri qaytarılması istiqamətində tədbirlər görülür.

Xəbər lenti