Ötən gün Ukraynada keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində baş tutmuş səsvermə zamanı seçicilərin 42,35 faizi prezident Vladimir Zelenskinin rəhbərlik etdiyi "Xalqın Xidmətçisi” Partiyasına səs verib.
APA-nın Ukrayna Mərkəzi Seçki Komissiyasına istinadən verdiyi məlumata görə, səsvermədə ümumilikdə 85 seçici iştirak edib. Onlardan 36-sı hazırkı prezidentin rəhbərlik etdiyi partiyaya səs verib.
Seçicilərin 27,5 faizi, yəni 23 seçici səslərini keçmiş prezident Pyotr Poroşenkonun sədrlik etdiyi "Avropa Həmrəyliyi” Partiyasının xeyrinə istifadə edib.