Xəzər Xəbər

Aqro turpaketlər üzərində iş tamamlanmaq üzrədir - VİDEO

Veb TV | 20:46 • 20 İyul 2019
Aqro turpaketlər üzərində iş tamamlanmaq üzrədir -

Turistlərin fermer təsərrüfatlarına səyahətini nəzərdə tutan turpaketlər üzərində iş tamamlanmaq üzrədir.

Xezerxeber.az-ın məlumatına görə, sentyabr ayından satışa çıxarılacaq aqro turpaketlər standart qiymətlərlə təklif olunacaq.

Təsərrüfatlara səyahət edən turistlər istehsalat prosesində yaxından iştirak edə biləcəklər.

Ekspert Rəhman Quliyev deyir ki, bu təcrübə bir çox Avropa ölkələrində mövcuddur. Onun sözlərinə görə, Azərbaycanda bunun yaradılması həm fermerlərin rifah halını yaxşılaşdıracaq, həm də turist sayını artıracaq.

Aqrar Ticarət Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev isə bildirdi ki, hazırda fermer təsərrüfatlarının ekoturizmə uyğunlaşdırılması istiqamətində işlər gedir. Artıq bu layihəyə qoşulmaq istəyən bir neçə fermer təsərrüfatı var.

Mais Musayevin sözlərinə görə, gələcəkdə Azərbaycanın digər bölgələrində olan fermer təsərrüfatları da ekoturizmin tələblərinə uyğunlaşdırıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti