Xəzər Xəbər

Yalçın Rzazadə Türkiyədə əməliyyat olunub

Mədəniyyət | 12:51 • 19 İyul 2019
Yalçın Rzazadə Türkiyədə əməliyyat olunub

Xalq artisti, müğənni Yalçın Rzazadə Türkiyədə əməliyyat olunub.


Bu barədə APA-ya onun oğlu Orxan Rzazadə məlumat verib.


O bildirib ki, atası dünən axşam saatlarında əməliyyat olunub: "Əməliyyat yaxşıkeçdi, səhhəti stabildir, lakin kritikliyini qoruyur”.


Qeyd edək ki, Yalçın Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə bağlı xəstəxanaya yerləşdirilib. Daha sonra isə əməliyyat olunmaq üçün Türkiyəyə gedib.


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

Xəbər lenti