Xəzər Xəbər

Dünyanın ən gözəl bayraqlarının siyahısı açıqlanıb

Dünya | 11:25 • 19 İyul 2019
Dünyanın ən gözəl bayraqlarının siyahısı açıqlanıb

Bayraq İnstitutunun üzvü, ekspert Conni Şarpls dünyanın ən gözəl bayraqlarının siyahısını tərtib edib.


AZƏRTAC xəbər verir ki, siyahıda ilk üçlükdə Papua-Yeni Qvineyanın, Konqo Demokratik Respublikasının və Bosniya və Herseqovinanın bayraqları yer alıb.


Ekspert Bosniya və Herseqovinanın bayrağı ilə bağlı bildirib: "Etiraf edirəm ki, bu ölkənin bayrağının hər iki tərəfindəki göy zolaq kiminsə bayrağı düzgün şəkildə kəsmədiyi təəssüratını yaradır. Lakin bayraqda iki əsas komponent var ki, bu da onu möhtəşəm edir: ulduzlar və diaqonallar. Bununla yanaşı, bayrağın ən yaxşı cəhəti göy və sarı rəng arasında olan təzaddır. Bu, Argentinanın "Boka Xuniors” futbol klubunun geyimini də bu cür nümunəvi edir”.

Xəbər lenti